Metronun iş rejimi iki saat uzadılır

16:06 - 17 Sentyabr 2025 - Xəbər

Bakı metrosu "Formula 1" günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

Ucnoqta.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.  

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.   

Xəbər xətti