UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun Azərbaycan təmsilçisi "Qarabağ" Portuqaliyada "Benfika"nın qonağı olub.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilib. Hesabı oyunun 6-cı dəqiqəsində Entso Barrenеçеа açıb. 16-cı dəqiqədə "Benfika" hesabı iki topa çatdırıb.
Oyunun 30-cu dəqiqəsində Leandro Andrade hesab arasındakı fərqi azaldıb. Kamilo Duran portuqalların qapısından ikinci topu keçirərək hesabı bərabərləşdirib 2:2.
86-cı-ci dəqiqədə Aleksey Kaşuk rəqibi üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib 2:3.
Qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.
16 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: Barreneçea, 6 (1:0); Pavlidis, 16 (2:0); Leandro Andrade, 30 (2:1); Kamilo Duran, 49 (2:2), Aleksey Kaşuk, 87 (2:3)
Haimlər: Erik Lambrexts, Co De Veird və Kevin Monteni (Belçika)
Lissabon. “Estadio da Luz”