“Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər İsrailin Təl-Əvivdəki obyektinə “hipersonik ballistik raket”lə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Sariya bildirib ki, raket qüvvələri “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək, İsrail düşməninin Yaffanın işğal olunmuş ərazisindəki mühüm obyektinə hücum edərək hərbi əməliyyat keçirib.