Azərbaycan təmsilçisi "Qarabağ" bu gün səfərdə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxır.
Ucnoqta.az xəbər verir ki, Ağdam klubu Macarıstanda "Ferensvaroş" komandasının qonağı olacaq.
"Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında əvvəlki yeganə UEFA matçı 2022/23 UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın 4:2 hesablı qələbə (1:1, 3:1) ilə pley-off mərhələsinə yüksəldiyi vaxt olub.
“Qarabağ” Azərbaycandan Budapeşt klubunun qarşılaşdığı yeganə komandadır.