ABŞ-ın Corciya ştatındakı Fort Stüart hərbi bazasında naməlum şəxs atəş açıb, hərbi obyekt qismən bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Hadisənin qurbanları və səbəbləri barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Fort Stüart Amerikanın böyük bazalarından biridir və orada bir neçə min əsgər yerləşdirilib.