ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatına ultimatum verməyi planlaşdırır, buna əməl edilmədiyi təqdirdə yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Məlumata görə, İsrail hakimiyyəti HƏMAS-dan İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi müqabilində azı 20 nəfərin qaldığı bütün israilli girovları dərhal azad etməyi tələb edir.
Gözlənilir ki, radikallar həmçinin ölən girovların 30 cəsədini qaytarmalı olacaqlar. Bundan əlavə, İsrail və ABŞ HƏMAS-dan gələcəkdə silahlarını yerə qoymağa və silahlı mübarizəni dayandırmağa razılıq vermələrini tələb edirlər.
Həmas sözçüsü Mahmud Mərdavinin qəzetə verdiyi şərhdə dediyi kimi, hərəkat silahı yerə qoymağa razı olmayacaq. “Bu, əvvəldən bizim tələbimiz olub: müharibəyə son qoyulması, məhbusların azad edilməsi və Qəzza zolağında sonrakı razılaşmalar – aydın və əhatəli razılaşma”, - o deyib.