Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun "Nekaxa" ilə ev oyununda zədələnib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki. argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib. Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, Messi bud dizlərində diskomfort hiss edib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.