İyulun 27-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.