Maqnit qasırğası müşahidə olunur

10:54 - 23 İyul 2025 - Cəmiyyət

Gecə saatlarında Yer kürəsində zəif maqnit qasırğası müşahidə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, Yerdəki geomaqnit vəziyyəti daha da mürəkkəbləşib. G1 səviyyəli maqnit qasırğası baş verib.

Təbiət hadisəsi iki gün ərzində təkrarlanacaq. Geomaqnit pozuntularının pik nöqtəsi bu gün, iyulun 23-də baş verəcək.

Xəbər xətti