"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır

10:47 - 18 İyul 2025 - İDMAN

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri iyulun 18-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Xəbər xətti