Donnarumma sarsılıb

00:01 - 7 İyul 2025 - İDMAN

İtaliyalı PSJ-nin qapıçısı Canluici Donnarumma "Bavariya"nın futbolçusu Camal Musialanın onunla toqquşmada ciddi zədə almasından dərin sarsıntı keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Klublararası dünya çempionatının 1/4 final matçının birinci yarısı zamanı epizodların birində Donnarumma səhvən almaniyalının ayağını “sıxıb” və nəticədə yarımmüdafiəçinin topuq nahiyəsi qeyri-təbii şəkildə yan tərəfə bükülüb. Musiala xərəkdə meydanı tərk edib. 

Fasilə zamanı Donnarumma PSJ-nin idman psixoloqu Xoakin Valdesə müraciət edib. Mütəxəssis dəfələrlə qapıçıya Musialanın zədələnməsində günahkar olmadığını söylədi. Oyundan dərhal sonra qapıçı “Bavariya”nın soyunub-geyinmə otağına gedib, daha sonra Musiala ilə mesaj mübadiləsi aparıb.

PSJ - "Bavariya" matçı parislilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti