Şəmkir rayonunun Qədimqala kəndində göldə batan uşaqların meyitləri tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Qədimqala kəndində göldə üç nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirlinin meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.
19:53
Şəmkir rayonunun Qədimqala kəndində 3 uşaq göldə batıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.