"Çelsi"nin portuqaliyalı futbolçusu Jotaya görə oyunu buraxacaq

10:25 - 4 İyul 2025 - İDMAN

"Çelsi"nin portuqaliyalı futbolçusu Pedro Neto həmyerlisi Dioqo Jotanın ölümündən sonra klublararası dünya çempionatının 1/4 final matçını buraxa bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Çelsi”nin baş məşqçisi Enzo Mareska açıqlama verib.

“Liverpul”un futbolçusu Jota iyulun 3-də dünyasını dəyişib. "Daily Mail"in məlumatına görə, Jota və qardaşının mindiyi “Lamborghini” təkərinin partlaması səbəbindən idarəetməni itirib, daha sonra xəndəyə uçaraq alovlanıb.

"Çətin andır. Özünüzü çarəsiz hiss edirsiniz. Pedro çox üzüldü və hamımız onu dəstəkləmək üçün buradayıq. O, hansı qərarı versə - oynamaq və ya etməmək - bu, düzgün qərar olacaq və biz onu tam dəstəkləyəcəyik” - Mareska deyib.

Xəbər xətti