"Kill Bill" və "Reservoir Dogs" filminin aktyoru Maykl Madsen vəfat edib.
Ucnoqta.az xəbər verir ki, aktyor Malibudakı evində ölü tapılıb. Ölümün ilkin səbəbi ürək dayanması olub. Mayklın 68 yaşı var idi.
O, həmçinin, “Donni Brasko”, “Nifrətli səkkizlik”, “Bir zamanlar... Hollivud” və digər filmlərdə də rol alıb.