Xəbər verdiyimiz kimi, "Liverpul"un və Portuqaliya millisinin futbolçusu Dioqo Yota İspaniyada avtomobil qəzasında dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” idman qəzeti məlumat yayıb.
Qeyd olunur ki, "Liverpul"un hücumçusu Jota İspaniyanın qərbində A-52 şossesinin 65-ci kilometrliyində qəzaya uğrayıb. Qəza yerli vaxtla saat 00:40-da baş verib.
Qəzetin yazdığına görə, idmançının olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb. Qəza zamanı avtomobildə futbolçunun qardaşı da olub.
Jotanın bir həftə əvvəl toyu olmuşdu.
O, sevgilisi Ruta Kardoza ilə ailə həyatı qurmuşdu. Futbolçu onunla on ildən artıq idi ki, görüşürdü. Cütlüyün üç övladı var idi.