İsrail təyyarələri Qəzzada raket dəstəsini məhv edib

10:56 - 3 İyul 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında İsrailin cənubundakı Sderot şəhərinə raket zərbələri endirən raket dəstəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalından Sderot istiqamətinə raketlər atan terrorçu dəstəni vuraraq məhv edib", - məlumatda deyilir.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.

Xəbər xətti