Alyaska sahillərində elektrik avtomobilləri daşıyan yük gəmisi batıb

07:33 - 25 İyun 2025 - DÜNYA

Elektriklə işləyən avtomobilləri daşıyan “Morning Midas” yük gəmisi güclü yanğından sonra Sakit okeanda Alyaska sahillərində batıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

“Zodiac Maritime” şirkətinin nümayəndələri qəzetə bildiriblər ki, “Morning Midas” gəmisinin batdığı ərazidə iki gəmi mümkün çirklənməni izləyəcək.

"Morning Midas" gəmisində yanğın iyunun 4-də qeydə alınıb. Həmin vaxt gəmidə 22 nəfərin olduğu Alyaskadan 482 km uzağa gedirdi. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xəbər xətti