FİFA Klublararası Dünya Çempionatının oyunu tufan səbəbindən saat yarım yarımlıq fasilə verib.
Ucnoqta.az xəbər verir ki, FİFA Klublararası Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Meksikanın "Paçuka" və Avstriyanın “Zalsburq” klubları arasında keçirilən oyun hava şəraiti ilə əlaqədar saat yarım fasilə verib. Qarşılaşma Cincinnati şəhərində (Ohayo, ABŞ) keçirilib.
İkinci hissənin əvvəlində oyun 1:0 hesabı ilə "Zalsburq"un xeyrinə yarımçıq qalıb. Dayanmağa səbəb tufan xəbərdarlığı olub.
Qarşılaşma “Zalsburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun bərpasından bir neçə dəqiqə sonra "Paçuka" qol vura bilsə də, yekun hesab 76-cı dəqiqədə müəyyənləşib. Qələbə qolunu avstriyalı hücumçu Kərim Onisivo vurub.