İsrail uranın zənginləşdirilməsi üçün istifadə edilən İran obyektlərinə hücum edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, İsrail kəşfiyyat agentliyinin dəstəyi ilə İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehrandakı sentrifuqa istehsalı müəssisəsinə hücum edib.
Silah istehsalı sahələri, o cümlədən İranın İsrailə zərbə endirmək üçün istifadə etdiyi “yer-yer” ballistik raketləri üçün komponentlər, həmçinin hava hücumundan müdafiə sistemləri və təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş komponentlər istehsal edən obyektlər də vurulub.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş əməliyyata başlayıb. Bundan sonra hər iki ölkə qarşılıqlı zərbələr endirirlər.