Kuba prezidenti Migel Dias-Kanel nüvə silahı olan bütün ölkələri, o cümlədən İsraili “tam sülhün təmin edilməsi” üçün onları məhv etməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.
“Tam sülh yalnız o zaman təmin olunacaq ki, nüvə silahı olan bütün ölkələr, o cümlədən İsrail onları məhv etsin və bəşəriyyəti məhv etmək təhlükəsi yaradan çılğın silahlanma yarışı dayandırılsın” - Dias-Kanel qeyd edib.