Amerikalı aktyor Tom Kruz fəxri "Oskar" mükafatına layiq görüləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Qeyd olunur ki, Kruz ən tanınmış və ən çox gəlir gətirən aktyorlardan biridir. O, ABŞ kino sənayesinə COVID-19 pandemiyasının çətin dövründən sağ çıxmağa kömək edən teatr sənətinin tərəfdarı adlandırılıb.
Burada sənətçinin bir çox nailiyyətləri olduğu, o cümlədən "İyulun 4-də doğulan", "Cerri Maquayr" və "Maqnoliya" filmlərində oynadığı rollara görə Oskar mükafatına namizədliklər, eləcə də prodüserlik etdiyi "Top Gun: Maverick" filminə görə Oskar nominasiyası olduğu qeyd edilir.