Avstraliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Səudiyyə Ərəbistanı yığmasına 2:1 hesabı ilə qalib gələrək yarışın final mərhələsinə vəsiqə qazanıb.
Ucnoqta.az xəbər verir ki, avstraliyalı futbolçular Asiya zonası üzrə təsnifat turnirinin üçüncü mərhələsinin C qrupunda 19 xal toplayaraq 2-ci yeri tutublar. Səudiyyə Ərəbistanı yığması 13 xalla üçüncü yeri tutub və növbəti mərhələdə seçmə turnirdə iştirakını davam etdirəcək.
Avstraliya millisi ardıcıl altıncı dəfə dünya çempionatına vəsiqə qazanıb. Komanda iki dəfə (2006, 2022) 1/8 finala çıxıb və üç dəfə qrup mərhələsini adlaya bilməyib.