Milli komandanın oyunçularına avtomobil HƏDİYYƏ OLUNDU

00:00 - 11 İyun 2025 - İDMAN

Özbəkistan prezidenti Şavkat Mirziyoyev tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan futbol üzrə milli komandanın futbolçularına və məşqçilər heyətinə 40 BYD markalı avtomobil hədiyyə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

İyunun 5-də Özbəkistanlı futbolçular DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində BƏƏ yığması ilə səfərdə 0:0 hesabı ilə qarşılaşıblar.

Bu, Özbəkistan yığmasına tarixdə ilk dəfə iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə qazanmağa imkan verib.

Xəbər xətti