Ronaldu karyerasını bitirməsindən danışdı

09:09 - 9 İyun 2025 - İDMAN

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldu millinin Millətlər Liqasındakı qələbəsindən sonra karyerasını başa vurmasından danışıb.

Ucnoqta.az xəbər verir ki, onun X sosial şəbəkəsindəki sözlərini jurnalist və insayder Fabrizio Romano yayıb.

"Bilirsən neçə yaşım var. Açığı, əvvəlkindən daha çox sona yaxınlaşıram, amma hər anımdan həzz almalıyam. Əgər ciddi zədə almasam, o zaman davam edəcəm" - Ronaldu dedi.

Xəbər xətti