Həmkəndlisini döyən şəxs DOST-un əməkdaşı deyil

13:58 - 27 May 2025 - Cəmiyyət

"Həmkəndlisini döydüyü üçün həbs edilən T.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil".

Ucnoqta.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev məlumat yayıb.

O bildirib ki, həmin şəxs "DOST İş" Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.

Xəbər xətti