Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olunub.
Ucnoqta.az xəbər verir ki, Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb. Məlumata görə, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.
Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.
Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.