Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, gün ərzində prezidentin Kremldə bir sıra işgüzar görüşləri planlaşdırılıb və onlar qapalı olacaq. Həmçinin prezident bu gün Moskvada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Fidanı qəbul edəcək.