Bakıda 55 yaşlı kişi 9 ədəd qaşıq uddu - FOTO

10:40 - 19 May 2025 - HADİSƏ

Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

***

Bakı Sağlamlıq Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə 55 yaşlı kişinin vəziyyəti stabilləşdirilib. 

Hazırda pasiyent Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir.

 




Xəbər xətti