Məhkəmə Fon der Lyayeni təqsirli bildi - COVID peyvəndi ...

11:39 - 14 May 2025 - DÜNYA

Ursula Fon der Lyayen COVID peyvəndi ilə bağlı məlumatların gizlədilməsinə görə məsuliyyət daşıyır

Ucnoqta.az xəbər verir ki, Aİ Ədalət Məhkəməsi Ursula Fon der Lyayeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilələr haqqında məlumatı gizlətməkdə məsul hesab edib.

Söhbət “Pfizergate” adlanan hadisədən gedir, Avropa Komissiyasının rəhbəri ilə Pfizer əczaçılıq korporasiyasının baş direktoru Albert Bourla arasında COVID-19 pandemiyasının qızğın vaxtında yazışmaları ilə əlaqədardır.

İşi The New York Times və onun keçmiş Brüssel bürosunun rəhbəri qaldırıb. O, Avropa Komissiyasının AK rəhbəri və Pfizer rəhbərləri arasında mübadilə edilən mətn mesajlarını dərc etməmək qərarına qarşı məhkəmə iddiası qaldırıb. Bourlanın “dərin etimadın yaradılması” və “böyük peyvənd sazişi üzrə danışıqların asanlaşdırılması” kimi təsvir etdiyi bu yazışmaların nəticəsi, həqiqətən də, Aİ-nin 1,8 milyard dozaya qədər Pfizer-BioNTech COVID-19 peyvəndi almağı öhdəsinə götürdüyü 2021-ci ilin may müqaviləsi idi. Brüsselin indiyə qədər imzaladığı ən böyük sövdələşmədə müqavilə 35 milyard avro dəyərində idi.

2022 və 2023-cü illərdə çatdırılma üçün daha 900 milyon sifariş vermək imkanı ilə ilkin olaraq 900 milyon dozanın alınması nəzərdə tutulurdu.

Xəbər xətti