Mahir Emreli cari mövsümün sonunda "Nürnberq"dən ayrılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytından məlumat yayıb.
Onun başa çatan müqaviləsi uzadılmayacaq. Tərəflər bu barədə qarşılıqlı razılığa gəlib.
M. Emreli ötən ilin yayında "Nürnberq"ə qoşulmuşdu. O, 2-ci Bundesliqa klubunun heyətində 23 oyunda 8 qol vurmağı bacarıb.///Offsideplus