Ağdamda 3 otaqlı evdə yanğın olub.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başlanıb.