Səkkiz qat “Qızıl top” sahibi argentinalı Lionel Messinin çıxış etdiyi “İnter Mayami” CONCACAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Vankuverə 1:3 hesabı ilə məğlub olub.
Ucnoqta.az xəbər verir ki, görüş Mayamidə baş tutub.
Argentinalı ulduz bütün matçı meydanda qol vurmadan keçirib. Komandalar arasında ilk görüş 2:0 hesabı ilə Vankuverlilərin xeyrinə başa çatıb. "İnter Mayami"nin iki matçda yeganə qolunu uruqvaylı hücumçu Luis Suaresin ötürməsi ilə ispan müdafiəçi Jordi Alba vurub.