"Real"ın baş məşqçisi Karlo Ançelotti özünə yeni iş tapıb.
Ucnoqta.az xəbər verir ki, "Atletik" bundan xəbər tutub.
Məlumatına görə, Ançelotti "Real Madrid"dən ayrılmaq niyyətindədir və bu barədə artıq komandanı məlumatlandırıb. Məşqçinin La Liqa mövsümünü iyunda başa vuracağı və Braziliya millisinin başına keçəcəyi gözlənilir. Belə ki, o, klublararası dünya çempionatında Madrid komandası ilə işləməyəcək.
Ançelotti 2021-ci ildən "Real Madrid"i çalışdırır. 65 yaşlı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilə qədərdir.