Özbəkistanda 3,4 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Daşkənddən 305 km cənub-qərbdə, Nəvai rayonu ərazisində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.