Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistanda 3,4 bal gücündə zəlzələ baş verib

13:28 - 21 Aprel 2025 tarixində dərc olunub.

Özbəkistanda 3,4 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

 Zəlzələnin episentri Daşkənddən 305 km cənub-qərbdə, Nəvai rayonu ərazisində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası