Rusiya Hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 158 təyyarə tipli PUA-nı tutaraq məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Aprelin 9-u səhər saatlarına qədər olan müddətdə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 158 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib:
67 PUA - Krasnodar diyarı ərazisində,
29 PUA - Rostov vilayətinin ərazisində,
15 PUA - Şimali Osetiya-Alaniya Respublikası ərazisi üzərində,
11 PUA - Voronej vilayətinin ərazisində,
10 PUA - Kursk vilayətinin ərazisində,
5 PUA - Belqorod vilayətinin ərazisində,
3 PUA – Krım Respublikası ərazisi üzərində,
2 PUA - Penza vilayətinin ərazisində,
1 PUA - Saratov vilayətinin ərazisində,
1 PUA - Oryol vilayətinin ərazisi üzərində,
1 PUA - Stavropol diyarı ərazisi üzərində,
7 PUA - Azov dənizinin suları üzərində,
6 PUA – Qara dəniz üzərində.