Səudiyyə Ərəbistanı may ayında Asiya üçün neftin qiymətini OPEC+ tədarük artımı ərəfəsində kəskin şəkildə azaldıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Nəticədə qiymət dörd ayın ən aşağı səviyyəsinə enib.
Onun sözlərinə görə, dövlətə məxsus “Saudi Aramco” şirkəti “Arab Light” markalı neftin rəsmi satış qiymətini 2,30 dollar ucuzlaşdıraraq bir barel üçün 1,20 dollar təşkil edib.
Qeyd olunur ki, Səudiyyə neftinin qiymətindəki eniş son iki ildə ən nəzərə çarpan ucuzlaşma olub.
Könüllü hasilatın azaldılması sazişində iştirak edən səkkiz OPEC+ ölkəsi aprelin 3-də hasilat cədvəlində dəyişiklik etmək və may ayında neft hasilatını sutkada 411 min barel (bpd) artırmaq qərarına gəlib.