Tacikistan Rusiya ilə birgə təlimlərə başlayıb

12:48 - 7 Aprel 2025 - DÜNYA

Rusiya və Tacikistan hərbi qulluqçuları respublikanın cənubundakı Xatlon vilayətində yerləşən Harb-Maydon dağ-səhra poliqonunda birgə təlimlərin açılış mərasimində iştirak ediblər

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Mərkəzi Hərbi Dairənin mətbuat xidmətindən məlumat verilib. Təlimlərin aktiv mərhələsi aprelin 7-dən 11-dək baş tutacaq.

Bildirilir ki, təlim zamanı iki ölkənin hərbi kontingenti terrorçu qruplaşmaların məhv edilməsi üçün silahlı qüvvələrdən istifadənin təşkili və dağlıq ərazilərdə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün bölmələrin hazırlanması üzrə təcrübə keçəcək. Təlimin əsas mərhələsi qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın keçirilməsi, habelə dövlət sərhədinin mühafizəsi və quldur dəstələrinin məhv edilməsi zamanı bölmələrin idarə olunması olacaq.

Xəbər xətti