Çin TikTok sövdələşməsinə razılıq verəcəkdi...

07:35 - 7 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp TikTok sosial şəbəkəsinə sahib olan Çin şirkəti ByteDance ilə ABŞ hökuməti arasında aktivlərin satışına dair razılaşmanın Çin mallarına rüsum tətbiq etmək qərarından sonra pozulduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarına cavab olaraq Tramp deyib.

"Bu, əsasən doğrudur. Məlumatlar belə idi ki, TikTok ilə demək olar ki, sövdələşməmiz var, sövdələşmə yox, birinə çox yaxın idi və sonra Çin tariflərə görə müqavilənin şərtlərini dəyişdi."

Eyni zamanda ABŞ prezidenti vurğulayıb: “Tarifləri bir az da endirsəydim, 15 dəqiqəyə bu sövdələşməni təsdiq edərdilər, bu da tariflərin gücünə sübutdur, elə deyilmi?”.

 

Tramp deyib ki, o, Çin mallarına yüksək gömrük rüsumları tətbiq edərkən, prezident kimi ilk dövründə dörd il vəzifədə olduğu müddətdə “Çindən yüz milyardlarla dollar alıb”.

Xəbər xətti