Fransada terror aktı hazırlayan 3 nəfər həbs edilib

00:01 - 7 Aprel 2025 - DÜNYA

Fransanın şimalında üç radikal islamçı terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

Ucnoqta.az xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, axtarış zamanı içərisində detonatorları olan jilet aşkarlanıb.

Saxlanılanlar 19-24 yaş arasındadır və ölkənin şimalında yerləşən Lill və Dunkerk kommunalarının yerli sakinləridir. Onlardan ən gənci qruplaşmanın lideri hesab olunur - o, messencerdə mesajlar vasitəsilə şəriklərini "kafirləri qan içində boğmağa" çağırıb və Fransada əvvəllər törədilmiş terror aktlarını tərənnüm edib.
Bundan əlavə, o, İslam Dövləti terror təşkilatına sədaqət andı yazıb.

Fransa polisi Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, daxili kəşfiyyat) nümayəndələri ilə birlikdə onların evlərində axtarışlar aparıb, onların evlərində partlayıcı maddə olan jilet hazırladıqları məlum olub: o, sadə fişənglərlə təchiz edilib.
Onların kompüterlərindəki internet axtarış tarixçəsi güclü partlayıcı hazırlamaqla bağlı sorğulardan ibarət idi.

Xəbər xətti