Çin Sahil Mühafizəsinin gəmiləri Tayvanda patrul aparır

07:19 - 1 Aprel 2025 - DÜNYA

Çin Sahil Mühafizəsinin gəmilərindən ibarət çoxsaylı birləşmələr ada yaxınlığında təlimlər çərçivəsində Tayvan ətrafında patrul edir.

Ucnoqta.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Şərqi Çin Dənizi Sahil Mühafizəsi Departamentinin nümayəndəsi Çju Ançin deyib.

O, əlavə edib ki, təlimlərə yoxlamalar, axtarışlar, həbslər, ələ keçirmələr daxildir.

O, patrulların Tayvan adasına nəzarət etmək üçün qanuna uyğun olaraq və bir Çin prinsipi əsasında həyata keçirilən praktiki hərəkət olduğunu söyləyib.

"Tayvan Çinin bir əyalətidir" Çju Ançin deyib.

Xəbər xətti