USAID-nin bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq

21:54 - 28 Mart 2025 - DÜNYA

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Konqresdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq.

Dövlət katibi Marko Rubio, iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların dayandırılacağını görən agentliyin yenidən təşkilini elan edib.

Xəbər xətti