Qırğızıstanda Qazaxıstanla sərhəd yaxınlığında son 24 saat ərzində üçüncü zəlzələ baş verib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə TASS-a Respublika Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib.
Məlumata grə, mənbə Qazaxıstan ərazisində, Bişkek şəhərindən 130 km cənub-qərbdə yerləşib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə təbii fəlakət nəticəsində dağıntılar və insan tələfatı barədə hələlik heç bir məlumat daxil olmayıb.