Myanmada 6,4 bal gücündə ikinci güclü zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Çin Zəlzələ İdarəsindən verilən məlumata görə, o, 7,9 bal gücündə zəlzələdən 12 dəqiqə sonra baş verib.
İlk güclü təkan 21,85 dərəcə şimal eni və 95,95 dərəcə şərq uzunluğunda baş verib. Çindən olan seysmoloqlar mənbənin 30 km dərinlikdə yerləşdiyini güman edirlər.
İkinci təkan isə 21,60 dərəcə şimal eni və 95,95 dərəcə şərq uzunluğunda qeydə alınıb. Onun mənbəyi də 30 km dərinlikdə yerləşirdi.