Gəncədə həyatını itirən tələbə sirkə turşusundan ölüb.
Ucnoqta.az xəbər verir ki, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.
Qeyd olunur ki, N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.
Faktla bağlı araşdırma aparılır.///modern.az