28 mart- Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.
Ucnoqta.az xəbər verir ki, 1919-cu il martın 28-də Azarbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.
1997-ci ildə Ümumilli Lider Heydər Əliyevin Sərəncamı ilə "1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığı gün" – 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramları günü elan edilib.