İsrail təyyarələri Qəzzada yaşayış binasını vurub

08:01 - 28 Mart 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının Qəzza şəhərində yaşayış binasını vurması nəticəsində 6 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, beş qadın və bir kişi hava hücumlarının qurbanı olub. Daha 4 nəfə binanın dağıntıları altında qaldığı ehtimal edilir.

Qeyd edilir ki, İsrail qırıcı təyyarələri Fələstin anklavı ərazisini patrul edərək Qəzza üzərində uçuşlarını davam etdirir.

Xəbər xətti