Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsi ilə bağlı etirazların başladığı 4 gün ərzində 1100-dən çox etirazçı saxlanılıb, 123 polis əməkdaşı yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
Yerlikaya bildirib ki, aksiyalar zamanı turşu, daş, çubuq, atəşfəşanlıq, molotov kokteyli, balta və bıçaqlar götürülüb.
Polisə basqın edən, ictimai əmlaka zərər vuran, təhlükəsizliyə təhdid yaradanlar barəsində hüquqi işlər davam etdirilir.
"2025-ci il martın 19-dan 23-nə kimi qanunsuz əməllər törətməkdə şübhəli bilinən 1133 nəfər saxlanılıb. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şəxslər müəyyən edilib”, - nazir X-də yazıb.