Almaniya Maliyyə Nazirliyi Bundestaqın Büdcə Komitəsinə Kiyevə 3 milyard avro məbləğində əlavə hərbi yardımın təsdiqlənməsi üçün sorğu göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əlavə, maliyyə naziri Yorq Kukis 2026-2029-cu illərdə Kiyevə hərbi yardıma yönələcək 8,252 milyard avrodan çox məbləğdə qeyri-büdcə vəsaitlərinin ayrılmasını təsdiqləmək istəyir.