Türkiyə hakimiyyət orqanları korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində müxalif İstanbul meri Ekrem İmamoğlu, onun mətbuat katibi Murat Ongun və şəhər meriyasının daha 100-ə yaxın əməkdaşının saxlanmasına sanksiya verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İstanbul meriyasına qarşı böyük antikorrupsiya əməliyyatı başlayıb.
Telekanal qeyd edir ki, söhbət şəhər tenderlərinin keçirilməsindən, eləcə də müxalifət rəsmilərinin ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə qarşılıqlı əlaqəsinin təfərrüatlarının aydınlaşdırılmasından gedir.
İmamoğlu və Onqunun evlərində axtarışların aparıldığı da bildirilir.